Axtar
9:00-19:00

Şirkət haqqında

WOODPECKER MEBEL  FABRİKİ öz tarixini 2007-ci il tarixindən Cəlilabad şəhəri müəssisənin sexlərindən birində ikili çarpayı Əzəmət adı altında birinci partiyasının buraxılışından mebellərin hazırlanmasına başlamışdır.Planlı iqtisadiyyat illərində təşəkkül və inkişaf dövrünü bazar iqtisadiyyatına keçid yolunda dərin dəyişikliklər mərhələsini keçərək, Woodpecker şirkəti yerli mebel sənayesinin ən böyük müəssisələrindən biri olmuşdur.

Woodpecker Mebel mağazalar şəbəkəsinin qısa zamanda Azərbaycanın bütün bölgələrinə nüfuz edən müəssisəyə çevrilmişdir. Respublikanın hər yerində 700-dən çox insanla çalışan Woodpecker Mebel mağazalar şəbəkəsi daha çox insanı Woodpecker adı altında cəmləməyi hədəfləmişdir.

Mərkəzi ofisin yerləşdiyi Woodpecker Mebel Fabrikində 450-dən çox işçi çalışır, zəhmət çəkən əməkdaşlarımızın 80%-nı qadınlar təşkil edir. 2007-ci ildən bəri minlərlə müştərinin rəğbətini qazanmış şirkət hazırda 500-dən çox məhsul çeşidi ilə xalqın xidmətindədir. Bu rəqəmlər asanlıqla Woodpeckerin kifayət qədər böyük və eyni zamanda çoxşaxəli bir təşkilat olduğunu göstərə bilər.Bu gün şirkət orta gəlirli, həmçinin kiçik və orta bizneslə məşğul olan istehlakçılar üçün nəzərdə tutulmuş korpus və yumşaq mebelini istehsal edir.

Şirkət öz çeşidlərini daim yeniləyərək və təkmilləşdirərək, qonaq otaqları, yataq otaqları, dəhlizlər, gənclər, mətbəxlər, ofis mebeli, mehmanxanalar üçün mebellərin istehsalını həyata keçirir.Woodpecker Mebel Şirkətin buraxdığı kolleksiyalarının bir çoxu unikaldır və qiymət/keyfiyyət nisbətinə görə analoqu yoxdur.

Bizim üstünlüklərimiz

Bizim şirkətimiz 2007-ci ildən Azərbaycan bazarındadır. Əsas işimiz topdan və pərakəndə satışdır.

Bu gün, Azərbaycanda  25 dən çox satış nöqtələrimiz mövcuddur.

  • Müştərinin istəyinə uyğun məhsul hazırlaya bilirik;
  • Satışdan sonra məhsulumuz müştərinin evində nə qədər varsa, o qədər də xidmətində durur və cavabdehlik daşıyırıq;
  • Mebeldən ehtiyacı olan istənilən sektora xidmət edə bilirik;
  • Daxildə kadrlar yetişdiririk;
  • İdarəetməni yumşaq proqramlar vasitəsilə həyata keçiririk;